Tbilisi bazarında yanğın - FOTO

Tbilisi bazarında yanğın - FOTO

Dünən axşam saatlarında paytaxt Tbilisinin İsani rayonu ərazisində, Samqori metrosu yaxınlığında Navtlug adlnan bazarda güclü yanğın meydana gəlib.

Rasthaber Azərbaycan "24News.ge"-yə istinadən xəbər verir ki, kəskin küləkli hava şəraiti yanğının böyüməsinə və dumanın paytaxta yayılmasına səbəb olub.

Belə ki, yanğın əsasən sözügedən bazarın ikinci əl texnika satılan hissəsini əhatə edib.

Məlumata əsasən, güclü yanğın artıq nəzarətə götürülüb hadisə yerinə çox sayda yanğın söndürən briqadası cəlb olunub. Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb

Faktla bağlı araşdırma davam edir.

Xəbəri paylaş

VİDEOLAR