TƏBİB: Azərbaycanda koronavirusa yoluxan 19 nəfərdən üçü sağalıb

TƏBİB: Azərbaycanda koronavirusa yoluxan 19 nəfərdən üçü sağalıb

Bu günə qədər Azərbaycanda 19 koronavirusa yoluxma faktı qeydə lınıb.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı ofisində keçirilən mətbuat konfansında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.

ÜST-ün Azərbaycana səfər edən missiya rəhbəri Karolina Braun Azərbaycana koronavirusa yoluxma hallarının erkən aşkarlanmasını tövsiyə etdiklərini bildirib:

"Yeni virus olduğundan biz də bir çox şeylər öyrənirik. Xəstəliyin və aşkar olunan ölkələrin sayı çoxaldığından pandemiya hesab edildi. Biz profilaktik tədbirləri bu gün də davam etdiririk".

Xəbəri paylaş

VİDEOLAR