TAYDER bu gün Qədir Xum Bayramı ilə bağlı tədbir keçirəcək - DƏVƏT

TAYDER bu gün Qədir Xum Bayramı ilə bağlı tədbir keçirəcək - DƏVƏT

“Qədir Xum Sosiologiyası” adlı proqramda Əhlibeyt alimi Şeyx Səbahətdin Türkyılmaz çıxış edəcək

Bismillahir Rəhmanir Rəhim

Bu gün sizə dininizi kamil etdim, üzərinizdəki neməti tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim. (Maidə 3)

Bu gün; Aləmlərin Rəbbi olan Allah Təalanın Rəsuli Əkrəmə son əmrini verdiyi, dinin kamala çatdığı, vilayətin açıq-aşkar elan edildiyi gündür. Bu gün ən böyük bayram günüdür.

TAYDER-in təşkil edəcəyi onlayn proqramda bu bayram qeyd olunacaqdır.

“Qədir Xum Sosiologiyası” adlı proqramda Əhlibeyt alimi Şeyx Səbahətdin Türkyılmaz, Qədir Xum hadisəsinin fərqli yönülə bağlı çıxış edəcək.

Proqram 31 İyul 2021-ci il, şənbə günü Bakı vaxtı ilə saat 20:00-da TeamLink tətbiqi vasitəsilə həyata keçiriləcəkdir.

Qoşulma linki:  https://m.teamlink.co/3907777732

Xəbəri paylaş

VİDEOLAR