Tanınmış gürcü siyasətçi Saakaşvili haqqında: Xeyr, o, geri qayıtmayacaq

Tanınmış gürcü siyasətçi Saakaşvili haqqında: Xeyr, o, geri qayıtmayacaq

Gürcüstan parlamentinin sabiq spikeri və “Vahid Gürcüstan – demokratik hərəkat” partiyasının lideri Nino Burcanadze bu barədə danışıb

 Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstan parlamentinin sabiq spikeri və “Vahid Gürcüstan – demokratik hərəkat” partiyasının lideri Nino Burcanadze bildirir ki, ölkənin keçmiş prezidenti Mixail Saakaşvili, öz vədlərinə baxmayaraq, vətəninə geri dönməyəcək.

“Xeyr, o, geri qayıtmayacaq. O, öz rifah və azadlığını sual atlına alacaq insan deyil. Onun gəlmə şansı 1%-ə bərabərdir. Onun hakimiyyətə gəlməyəcəyi dəqiqdir. Gürcü xalqı “Milli Hərəkat” partiyasını onun birinci yerə çıxaraq hökumət formalaşdıra biləcəyi miqdarda dəstəkləməyəcək. Hətta koalisiya hökumətində də mən heç vaxt Saakaşvilinin namizədliyini dəstəkləməyəcəyəm”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Saakaşvili 2013-cü ildə Gürcüstandan getməklə özünü nalayiq aparıb. Üstəlik Burcanadze hesab edir ki, əgər Saakaşvili gürcü ədliyyəsi qarşısına çıxsa idi, onun hakimiyyətə gəlmə şansları olardı, çünki “xalq hər şeyi tez unudur”.

“O, getməli deyildi. Saakaşvili və onun hakimiyyəti öz zamanında məni təqib edirdi. Mənim oğlum həbs ediləndə və heç kən mənim təhlükəsizliyimə zəmanət verə bilməyəndə, məni mühafizə edən bütün insanlar, hətta sürücüm belə həbs ediləndə, mən getmədim”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR