Talibanın siyasi heyəti İrana səfər edib

Talibanın siyasi heyəti İrana səfər edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Taliban siyasi heyətinin Tehrana səfər etdiyini bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Talibanın siyasi heyətindən ibarət bir qurupunun Molla Əbdül Qani Bəradərin rəhbərliyi ilə Tehrana gəldiyini bildirib.

O bildirib ki, Taliban Siyasi heyəti Tehrana daxil olarkən Xarici İşlər Nazirliyinin səlahiyyətliləri tərəfindən qarşılanıb.

"Taliban siyasi heyəti Tehranda olduqları müddətdə Xarici İşlər Naziri və İranın Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi də daxil olmaqla İran rəsmiləri ilə görüşəcək və Əfqanıstandakı sülh prosesi və bununla bağlı məsələlər barədə fikir və məsləhətləşmələr aparacaqlar. ", -deyə Xətibzadə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR