Talibanın müdafiə nazirinə qarşı sui-qəsd cəhdi olub

Talibanın müdafiə nazirinə qarşı sui-qəsd cəhdi olub

Taliban hökumətinin müdafiə naziri Molla Yaqub Mücahidə qarşı sui-qəsd həyata keçirilib. O xilas olsa da yaxınlarından yeddi nəfər ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən bu barədə Əfqanıstan mətbuatına istinadən xəbər verir.

Talibana müxalif olan qüvvələrin mənbələri yerli KİV-lərə bildiriblər ki, Molla Yaqub Mücahidin Nəngərhar əyalətinə səfəri zamanı onun karvanına hücum edilib.

Bu hücumda o xilas olsa da adamlarından yeddi nəfər ölüb.

Taliban hökuməti bu məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Molla Yaqub Mücahid bu səfərdə Pakistanla mübahisəli olan Durand sərhədinə baş çəkib. Əlavə edək ki, Molla Yaqub Taliban hərəkatının banisi Molla Ömərin oğludur.

Xəbəri paylaş

VİDEOLAR