Talibandan Şahzadə Harriyə: "Nənənin sarayında gizlənmişdin"

Talibandan Şahzadə Harriyə:

Taliban “Spare” adlı yeni xatirə kitabında Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü açıqlayan Şahzadə Harrini “yazıq və axmaq” kimi təsvir edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Harrinin "etiraflarını" şərh edən Taliban, döyüşçülərinin münaqişənin son qalibi olduğunu iddia edərək, Harrinin "nənəsinin sarayına qaçdığını" və indi kral ailəsində yer tapmaqda çətinlik çəkdiyini söyləyib.

Xatirələrinin başqa bir hissəsində Harri, ABŞ ordusunun daha böyük bombalardan istifadə etdiyini və bunkerə hava hücumu təşkil etdiyini bildirərək, daha çox Taliban döyüşçüsü öldürmək məsləhətinə məhəl qoymadığını deyib.

Məlumat üçün qeyd edək ki, Sasseks hersoqu Şahzadə Harri “Spare” adlı yeni xatirə kitabında Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.

Xəbəri paylaş

VİDEOLAR