Taliban şiə həzara xalqının liderinin abidəsini dağıtdı

Taliban şiə həzara xalqının liderinin abidəsini dağıtdı

“Taliban” terrorçuları Əfqanıstanın Bamian əyalətində həzəralar xalqının müdafiəçisi Əbdül Əli Məzarinin abidəsini dağıdıblar.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Əbdül Əli Məzari 1990-cı illərdə “taliblərə” qarşı döyüşüb.

Sosial şəbəkələrdə dağıdılmış abidənin şəkilləri yayılıb.

Əbdül Əli Məzari 1995-cı ildə “Taliban” terrorçuları tərəfindən qətlə yetirilib və 2016-cı ildə ona ölümündən sonra “Milli Birlik Şəhidi” adı verilib.

“Şəhid Məzarinin abidəsinin partladılaraq təhqir edildiyi təsdiqlənib”, - deyə pakistanlı hüquq-müdafiəçisi Səlim Cavid bildirib.

O qeyd edib ki, “Taliban” terrorçuları 1995-cı ildə onu sülh danışıqlarına dəvət edərək qətlə yetiriblər və Qəznidə vertolyotdan atıblar.

Nəzərinizə çatdıraq ki, həzəralar Əfqanıstanın yerli xalqlarından biridir və onlar şiə müsəlmanlardır. Adıçəkilən xalq çox zülmlər görmüş xalqlardan biridir.

Xəbəri paylaş

VİDEOLAR