Taliban: Pakistanın hava hücumunda 8 nəfər həyatını itirib

Taliban: Pakistanın hava hücumunda 8 nəfər həyatını itirib

Taliban Pakistanın Əfqanıstanın iki sərhəd bölgəsinə hava hücumu təşkil etdiyini və hücumlarda 3-ü uşaq, 5-i qadın olmaqla ümumilikdə 8 nəfərin həyatını itirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, 20 ildən sonra Əfqanıstanda nəzarəti bərpa edən Taliban Pakistanın Əfqanıstan ərazisinə iki hava hücumu təşkil etdiyini açıqlayıb. Talibanın açıqlamasına görə, hava zərbələri nəticəsində 5 qadın və 3 uşaq ölüb.

Taliban sözçüsü Zabihullah Mücahid deyib:

"Hücumlar suverenliyin pozulmasıdır. Əfqanıstan İslam Əmirliyi Əfqanıstan ərazisindən istifadə edərək heç kimin təhlükəsizliyi təhlükəyə atmasına icazə vermir. Pakistan öz ərazisində nəzarətin olmaması, bacarıqsızlıq və problemlərə görə Əfqanıstanı günahlandırmamalıdır".

Xəbəri paylaş

VİDEOLAR