Taliban ölkə universitetlərində Cəfəri fiqhinin tədrisi tələbini rədd edib

Taliban ölkə universitetlərində Cəfəri fiqhinin tədrisi tələbini rədd edib

Taliban qruplaşmasının Ali Təhsil Nazirliyi Əfqanıstanın Şiə Üləma Şurasının ölkə universitetlərində Cəfəri fiqhinin tədrisi tələbini rədd edib.

Az.rasthaber.com "Shafaqna"ya istinadən xəbər verir ki, Talibanın Ali Təhsil Nazirliyinin rəhbər şurası qərara alıb ki, Cəfəri fiqhinin ölkə universitetlərinin tədris proqramına daxil edilməsi Əfqanıstandakı digər dinlərin də oxşar tələblər irəli sürməsinə səbəb olacaq.

Şiələrin daha öncələr Bamyan Universitetində Cəfəri fiqhinin tədris edilməsinin mümkünlüyünü bildirmələrinə isə, Taliban qruplaşmasının Ali Təhsil Nazirliyi “Bamiyan Universiteti Milli İmtahan Administrasiyası dinindən asılı olmayaraq tələbələri cəlb edən sünni və şiə tələbələr üçün birgə universitetdir”, -deyə cavab verib.

Görünən budur ki, Taliban şiələrin Cəfəri fiqhinin tədrisindən qorxur və buna görə də, müxtəlif bəhanələrlə universitetlərdə bu fiqhin təlim-tədrisinə mane olur.

Qeyd edək ki, ABŞ Konqresinin Dini Etiqad Azadlığı Komissiyası bir müddət əvvəl hesabatında bildirib ki, Talibanın Əfqanıstan üzərində nəzarəti ilə bu ölkə vətəndaşlarının “din azadlığına” qoyulan məhdudiyyətlər xeyli artıb.

Xəbəri paylaş

VİDEOLAR