ABŞ-ın Kabildə öldürdüyünü iddia etdiyi Əl-Qaidə lideri Əyman əz-Zəvahirinin cəsədi hələ də tapılmayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Taliban hərəkatının sözçüsü Zabihulla Mücahid deyib.
O bildirib ki, Taliban Əyman əz-Zəvahirinin cəsədini tapmayıb və araşdırmalar bu istiqamətdə davam edir.
Qeyd edək ki, keçən ay ABŞ rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatların Ordusu Əyman əz-Zəvahirini sığındığı evin eyvanında dayanarkən pilotsuz təyyarədən atılan raketlə öldürüb.
Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Usamə bin Ladeni öldürməsindən və təqribən 10 ildən sonra Əl-Qaidəyə ən böyük zərbə hesab edilir.
Ötən ilin yayından Əfqanıstana nəzarət edən Taliban ümumiyyətlə Əl-Qaidə liderlərinin Kabildə olmasını inkar edirdi.