Taliban: İşğalçı İsrail rejimini tanımayacağıq!

Taliban: İşğalçı İsrail rejimini tanımayacağıq!

Əfqanıstandakı Taliban hökumətinin rəsmi sözçüsü Məhəmməd Naim bildirib ki, Əfqanıstanın siyasət planında işğalçı İsrail rejiminin tanınması və onunla əlaqələrin qurulması yoxdur.

Az.rasthaber.com xəbər verir ki, sözçü, Taliban hərəkatının Qüdsə dəstək mövqeyinin çox açıq-aşkar olduğunu, işğalçı İsrail rejiminin Fələstində etdiklərinin tamamilə qəddarlıq və zülm olduğunu bildirib.

Mətbuatın ona ünvanladığı suallarda Talibanın beynəlxalq səviyyədə tanınmasının İsrailin tanınması şərtini ehtiva etdiyinə dair iddiaları rədd edərək; "Bunun Əfqanıstanın tələbi ilə nə əlaqəsi var?", - deyə cavab verib.

Naim, şəxsi Twitter hesabından yayımladığı paylaşımda işğal rejiminin zülm tətbiqlərinə qarşı mövqelərini və Qüds davasına dəstək verdiklərini ifadə edərək, İsrailin işğalçı rejimini tanımasının mövzu belə olmayacağını bildirib.

Qeyd edək ki, Taliban əvvəlki açıqlamalarında ABŞ-ın Taliban hökumətini tanımamaq üçün beynəlxalq ictimaiyyətə təzyiq etdiyini iddia etmişdi. 

Talibanın beynəlxalq miqyasda tanınma cəhdləri hələ də heç bir nəticə verməyib.

Xəbəri paylaş

VİDEOLAR