Taliban hər an Əfqanıstan paytaxtını ələ keçirə bilər, çünki...

Taliban hər an Əfqanıstan paytaxtını ələ keçirə bilər, çünki...

Terror qruplaşma olaraq tanınan Taliban bir həftə ərzində Əfqanıstanın 34 əyalət mərkəzindən 10 -nu nəzarətə götürüb.

Bunlardan üçü son iki gündə baş verib və hesab edilir ki, daha iki əsas şəhər ələ keçirilmək üzrədir.

Taliban  sürətlə irəliməsi fonunda Əfqanıstan ordu rəisi dəyişdirilib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, döyüşlər paytaxt Kabilə yaxınlaşır. Cümə axşamı günü Taliban Kabilə gedən yolda olan strateji əhəmiyyətli Qəzni şəhərini ələ keçirdiklərini söyləyiblər.

ABŞ hökumətindəki mənbələr paytaxt Kabilin bir-üç ay arasında dağılacağını güman edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, ölkənin ikinci böyük şəhəri Qəndəhar üçün gərgin döyüşlər gedir.

Taliban Qəndəhardakı həbsxananın ələ keçirildiyini və məhbusların sərbəst buraxıldığını elan edib. Müəssisənin işçiləri isə yaraqlılara təslim olub.

Çərşənbə günü BBC mənbələri hökumət ordusunun komandanı general Vəli Məhəmməd Əhmədzainin işdən çıxarılmasını təsdiqləyib. O, bu vəzifəyə iyun ayında başlamışdı.

Əfqanıstanın maliyyə naziri Xalid Payenda da çərşənbə günü istefa verib. Bloomberg -in məlumatına görə, o, ölkəni tərk edib.

Nazirlikdəki istefanın səbəbi kimi Talibanın ölkə sərhədlərində əhəmiyyətli gömrük postlarını ələ keçirməsi və büdcənin itirilməsi göstərilib.

Prezident Əşrəf Qani çərşənbə günü ekstremistlərin növbəti hədəflərindən biri kimi qeyd etdikləri Məzari-Şərifə uçub.

Təxminən 20 ildən sonra ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel Taliban hərəkatının yeni bölgələrə doğru irəliləməsi barədə xəbərlər demək olar ki, hər gün verilir.

BMT -nin məlumatına görə, son bir ayda Əfqanıstanda 1000-dən çox mülki şəxs öldürülüb.

Xəbəri paylaş

VİDEOLAR