Taliban hökuməti Əfqanıstan vətəndaşlarının bu ilin Ərbəin mərasiminə yollanmasına icazə verməyib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Taliban hökumətinin Baş Nazirliyinin ofisindən məlumat verilib.
Bildirilib ki, aidiyyatı qurumlara Əfqanıstan vətəndaşlarının bu il Ərbəin mərasiminə yollanmasına məhdudiyyətin tətbiq edilməsi ilə bağlı göstərişlər verilib və bu “İraqda zəvvarlar üçün təhlükəsizlik baxımından münasib şəraitin olmamasına”, görədir.
Həmçinin Kabildə Turizm və Ziyarət Şirkətləri Birliyinin məlumatına görə, "əfqanıstanlılarla bağlı İraq hökuməti tərəfindən ziyarət üçün lazımi icazələrin olmaması da bu məhdudiyyətin səbəblərindən biridir."
Qeyd edək ki, İran tərəfi ölkədə olan Əfqanıstan və Pakistan vətəndaşlarının Kərbəlaya Ərbəin ziyarətinə rahat şəkildə gedə bilmələri üçün İraq tərəfi ilə danışıqlar aparır.