Bu barədə şəhər şurasının başçısı Ətaullah Əfqan məlumat verib.
Rasthaber Azərbaycan xəbər verir ki, “Taliban” terror təşkilatının üzvləri Əfqanıstanın cənubunda yerləşən Hilmənd şəhərinə hücuma keçiblər.
Bu barədə şəhər şurasının başçısı Ətaullah Əfqan məlumat verib.
Onun sözlərinə görə, terrorçular artıq bir neçə kvartal üzərində nəzarəti ələ keçiriblər.
Əfqanıstan DİN-in mətbuat katibi Tariq Aryen bildirib ki, əlavə qoşunlar artıq Hilməndə çatıb və şəhər hüdudlarındakı döyüşlər davam edir.
Artıq 70 terrorçu məhv edilib, 100-ə yaxını isə yaralanıb.