Taliban hökumətinin Enerji və Su Nazirliyinin, habelə Dəmir Yolları Təşkilatının rəsmiləri İrana gedirlər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin Dəmir Yolları Təşkilatının sədri Bəxt-Rəhman Şərafət iranlı həmkarı ilə görüşüb.
Bu görüşdə İranın Xaf şəhərindən Əfqanıstanın Hərat şəhərinə uzanan 225 km-lik dəmir yolunun üçüncü hissəsinin icrası ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, bu dəmir yolun 74 km-i İranda, qalanı isə Əfqanıstandadır. Lakin İran bu yolun 140 km-nin icrasını öhdəsinə götürüb.
Həmçinin sabah Taliban hökumətinin Enerji və Su Nazirliyinin nümayəndə heyəti İrana gedir. Bu səfərən məqsəd Hüelmənd çayı və gölündən İranın payına düşən hissənin verilməsi ətrafında danışıqlar aparmaqdır.