Tacikistanda zəlzələ baş verib

Tacikistanda zəlzələ baş verib

Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub.

Rasthaber Azərbaycan APA-ya agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.

Xəbəri paylaş

VİDEOLAR