Tacikistanda koronavirusu yayanları 10 ilədək həbs gözləyir

Tacikistanda koronavirusu yayanları 10 ilədək həbs gözləyir

Tacikistanda 6262 yoluxma qeydə alınıb, 53 nəfər isə dünyasını dəyişib.

Rasthaber TRT-yə istinadən xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmon infeksion xəstəliklərin yayılmasına görə cəzanın tətbiq edilməsini təsdiq edib.

Belə ki, artıq ehtiyatsızlıqdan kütləvi yoluxmaya və ya insanların zəhərlənməsinə səbəb olan sanitar-gigiyena və epidemiya əleyhinə norma və qaydaların pozulmasına görə 2-5 il müddətinə həbs cəzası veriləcək.

Əgər insanın hərəkətləri sağlamlığa ağır ziyana, o cümlədən də ölümə səbəb olsa, cəzanın müddəti 5-10 təşkil edəcək.

Xatırladaq ki, Tacikistanda 6262 yoluxma qeydə alınıb, 53 nəfər isə dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR