Tacikistan vətəndaşları prezidentlərini seçəcək

Tacikistan vətəndaşları prezidentlərini seçəcək

11 oktyabrda Tacikistanda prezident seçkiləri baş tutacaq.

Rasthaber xəbər verir ki, ölkədə 5 milyondan çox seçici qeydiyyatdan keçib.

68 seçki dairəsində 3414 seçki məntəqəsi açılıb.

Səsvermə yerli vaxtla 06:00-da başlayacaq və 20:00-da bitəcək.

Seçki yarışında 5 namizəd, o cümlədən də hazırkı prezident Emoməli Rəhmon iştirak edir.

Prezidentlik postuna digər iddiaçılar bunlardır: Aqrar Partiyasının lideri Rüstəm Lətifzodə, Sosialist Partiyasının lideri Əbduhəlim Qafforov, İqtisadi İslahatlar Partiyasının lideri Rüstəm Rəhmotzodə, Kommunist Partiyasının lideri Mirac Abdulloyev.

Emoməli Rəhmonun namizədliyini hakim Milli Demokratik Partiyası irəli sürüb.

Seçkinin gedişatını 150 xarici müşahidəçi və 200-dən artıq KİV əməkdaşı izləyir.

Tacikistanda prezident 7 il müddətinə seçilir.

Ölkədəki son prezident seçkiləri 2013-cü il 6 noyabrda keçirilib.

Xəbəri paylaş

VİDEOLAR