Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

Şuşada aşkarlanan iki ədəd "İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil.

Rasthaberin  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar:

 

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıya düşən raket qalıqları aşkar etmişik. Onlardan biri şimal-şərq istiqamətinə, digəri isə ona əks istiqamətdə aşkarlanıb”.

Xəbəri paylaş

VİDEOLAR