Suriyaya hava zərbəsi endirilib

Suriyaya hava zərbəsi endirilib

Suriyanın şərq bölgələrinə hava zərbələri endirildiyi iddia edilib.

Az.rasthaber.com xəbər verir ki, Sky News kanalı Suriya İnsan Haqları Müşahidə Qrupundan bildirib ki, hava zərbələri, ehtimal ki, Suriyanın şərq bölgələrində ABŞ tərəfindən həyata keçirilib.

Suriyanın şərqindəki Deyr əz-Zor vilayətinin bombalandığı açıqlanıb.

Səudiyyə Ərəbistanının Əl Hadas kanalı öz mənbələrinə əsaslanaraq xəbər yayıb ki, ABŞ döyüş təyyarəsi Suriyanın Əl Mayadin şəhəri üzərində uçub.

Ərəb mediasının əksəriyyəti Suriyanın şərqində partlayış olduğunu açıqlasa da, bəzi mənbələr bu xəbərə şübhə ilə yanaşır.

Amerika rəsmiləri Vaşinqtonun hələ də hücuma keçmədiyini bildiriblər.

Rûdaw, Amerika mənbələrindən bildirib ki, Vaşinqton hələlik heç bir hücum həyata keçirməyib.

Amerika rəsmiləri ABŞ ordusunun Suriya və İraq üzərində kəşfiyyat və casusluq uçuşları həyata keçirdiyini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR