Suriyanın xarici işlər naziri Misirə səfər edib

Suriyanın xarici işlər naziri Misirə səfər edib

Suriyanın xarici işlər naziri Feysəl Miqdad bu gün səhər Misirin paytaxtı Qahirəyə səfər edib.

Az.rasthaber.com xəbər verir ki, Yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edən və vəzifəyə gəldikdən sonra ilk dəfə Misirə səfər edən Miqdad, Qahirə təmasları çərçivəsində əməkdaşlıq və regional inkişafları müzakirə edəcək.

Feysəl Miqdadı Qahirə hava limanında Misirin yüksək səviyyəli rəsmiləri və Suriyanın Qahirədəki səfirliyi qarşılayıb.

Xatırladaq ki, Misirin xarici işlər naziri Şükri fevralın 27-də Türkiyə mərkəzli zəlzələlərdən sonra Dəməşqə səfər edib.

O, Suriya prezidenti Bəşər Əsədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin Misirin Suriya ilə həmrəy olduğunu və iki ölkə arasındakı tarixi əlaqələrdən məmnunluğunu bir daha təsdiq etdiyi mesajı çatdırıb.

Xəbəri paylaş

VİDEOLAR