Suriyanın şərqində nəqliyyat vasitəsinin partladılması nəticəsində azı üç uşaq ölüb

Suriyanın şərqində nəqliyyat vasitəsinin partladılması nəticəsində azı üç uşaq ölüb

Suriyanın şərqində yerləşən Həsəka şəhəri yaxınlığında bir nəqliyyat vasitəsi partladılıb. Azı uç uşaq həyatını itirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Həsəka şəhərinin qərb nahiyəsində yerləşən Tuvayna qaçqın düşərgəsində bir nəqliyyat vasitəsində quraşdırılmış bomba işə düşüb.

Heç bir tərəf bu partlayışı üzərinə götürməyib.

Yaxınlıqda oynayan uşaqlardan üç nəfər ölüb və onlardan yaralananlar da var.

Qeyd edək ki, İŞİD ötən gün bölgədə altı gənci oğurlayaraq güllələyib. Neft və qaz yataqları ilə zəngin olan Fəratın şərqi hazırda ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələrinin nəzarətindədir.

Xəbəri paylaş

VİDEOLAR