Suriyanın İdlib əyalətinin Türkiyə ilə sərhədinə yaxın Babsaqa qəsəbəsi ərazisində silah anbarında partlayış baş verib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gecə İdlibin şimalında “Filəq-Şam” radikal qruplaşmaya məxsus silah anbarında şiddətli partlayış baş verib.
Hələlik partlayışın səbəbləri açıqlanmasa da buraya Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən hava zərbələrinin endirildiyi barədə iddialar var.
Məlumata görə 60-a yaxın qruplaşma üzvü ölüb və yaralanıb.
Silah anbarındakı raketlərin bəzisi partlayış nəticəsində hətta Türkiyə ərazisinə düşüb.
Qeyd edək ki, bu partlayış Türkiyənin Suriyanın şimalında xüsusilə də Fəratın şərqində əməliyyata başlaması fonunda baş verir.