Suriyanın şimalında İŞİD-in qətlə yetirdiyi şəxslərin daha bir kütləvi məzarlığı tapılıb

Suriyanın şimalında İŞİD-in qətlə yetirdiyi şəxslərin daha bir kütləvi məzarlığı tapılıb

Suriyanın Minbic şəhəri ərazisində İŞİD tərəfindən qətlə yetirilən 30 civarında şəxsin kütləvi məzarlığı tapılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Minbic şəhərini nəzarətdə saxlayan kürd birləşmələri məlumat veriblər.

Bildirilib ki, şəhər ərazisində bəzisinin əlləri bağlanılmış və başından güllə ilə vurulmuş ümumilikdə 29 nəfərin olduğu kütləvi məzarlıq tapılıb.

Onların arasında iki uşaq və bir qadın da var.

Əlavə edilib ki, bu cəsədlər İŞİD-in 2014-2016 -cı illərdə şəhəri ələ keçirdiyi zaman edam qətlə yetirdiyi mülki şəxslərə aiddir.

Xəbəri paylaş

VİDEOLAR