Suriyanın cənubunda polis maşını partlayışa məruz qalıb

Suriyanın cənubunda polis maşını partlayışa məruz qalıb

Suriyanın Dəra əyalətində polis post-patrul qüvvələrinin maşını partlayışa məruz qalıb.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Dəra əyalətində Muzayrib-Yaduda yolunda baş verib.

Məlumata görə, post-patrul qüvvələrinin olduğu maşın yolda quraşdırılan bombanın partlaması nəticəsində sıradan çıxıb.

Maşında olan polis qüvvələrindən altısı yaralanıb ki, onlardan ikisinin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hökumət qüvvələrinin nəzarətində olan Dəra əyaləti son aylarda silahlı qrupların fəallığının şahidi olub.

Xəbəri paylaş

VİDEOLAR