Suriyanın cənubunda İŞİD-in silah anbarı aşkarlanıb

Suriyanın cənubunda İŞİD-in silah anbarı aşkarlanıb

Suriyanın Dəra əyalətinin Casim şəhərində İŞİD terror təşkilatının gizli silah anbarı aşkarlanıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Dəra əyalətində hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ölkənin cənubunda yerləşən Casim şəhərində həyata keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatına məxsus sığınacaqlarda silah yükləri aşkarlanaraq götürülüb.

Onların arasında zirehli texnikalar əleyhinə qumbara atanlar da var.

Qeyd edək ki, Suriya Ordusu Dəra əyaləti üzərində nəzarəti 2017 və 2018-ci ilin əməliyyatları çərçivəsində bərpa edə bilib. Daha sonra burada olan qruplaşmalar ağır silahlarını təhvil verərək, şimalda yerləşən idlib əyaltinə yollanıblar.

Xəbəri paylaş

VİDEOLAR