Suriya Ordusu Dəra əyalətində İŞİD silahlılarının gizli sığınacaqlarına qarşı əməliyyat həyata keçirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı “Sülh Mərkəzi” bəyanat verib.
Bildirilib ki, Suriya Ordusu Dəra əl-Bələd bölgəsində İŞİD silahlılarına qarşı əməliyyat həyata keçirib.
Nəticədə 24 silahlı məhv edilib və altı bomba aşkarlanaraq zərərsizləşdirilib.
Əməliyyat Dəra əl-Bələd bölgəsində 300 obyektə şamil edilib. Daha 25 silahlı ələ keçirilib.
Məlumatda əlavə edilib ki, Dəra əyalətində yaraqlıların könüllü şəkildə təslim olması və silahlarını təhvil verməsi prosesi də davam edir.