Suriyanın BMT-dəki nümayəndəsi terrorçuların son qalası ilə bağlı danışdı

Suriyanın BMT-dəki nümayəndəsi terrorçuların son qalası ilə bağlı danışdı

Suriyanın BMT-dəki daimi nümayəndəsindən İdlib açıqlaması

Rasthaber Azərbaycan xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar əl-Cəfəri yanvarın 21-də verdiyi müsahibədə Suriya hökumətinin İdlib vilayətini və bu ölkənin şimal bölgəsini terrorçuların işğalından azad etmək qərarını son qərar və qaçılmaz adlandırıb.

"Suriya terrorizm üzərində qələbə qazanmaq və bu ölkənin bütün bölgələrinin təhlükəsizliyini təmin etmək istiqamətində hərəkət edir", -deyə Bəşar əl-Cəfəri “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının faktaraşdırıcı komitəsinin "Duma" bölgəsində kimyəvi hücumlarla bağlı araşdırmalarının nəticələrinin manipulyasiya edilməsindən danışıb.

O "Suriya və onun müttəfiqlərinin döyüş meydanlarında irəliləyib qələbə qazandığı zaman BMT-nin qərbli üzvləri bu nailiyyətləri əngəlləmək üçün saxtakarlığa əl atırlar", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR