Suriyalı müxaliflər Hafiz Əsədin məzarını yandırıb

Suriyalı müxaliflər Hafiz Əsədin məzarını yandırıb

Bəşər Əsədin Suriyanı tərk etməsindən sonra ölkədə silahlı müxalifət qrupları hakimiyyətə gəlib. Suriyanın keçmiş prezidenti, Bəşər Əsədin atası Hafiz Əsədin məzarı doğma şəhərində yandırılıb.

Az.rasthaber.com xəbər verir ki, Bəşər Əsədin ölkəni tərk etməsindən sonra başlayan yeni dövrdə silahlı müxalifət qrupları keçid hökuməti quracaqlarını açıqladılar. Başda HTŞ olmaqla müxalifətin nəzarətində olan bölgələrdə baş verən proseslər dünya mətbuatında, xüsusən də sosial mediada öz əksini tapmağa davam edir.

Ölkə boyu müxalifət qruplarının nəzarətində olan böyük şəhər və bölgələrdə mərhum Hafiz Əsəd və oğlu Bəşər Əsədin heykəlləri və plakatları hakimiyyətin bitməsini qeyd edənlərin alqışları ilə sökülür. Sosial mediada əks olunan görüntülərdə sahilyanı Latakiya bölgəsinin şimal-qərbindəki Kardahada mərhum Hafiz Əsədin məzarının yandırıldığı və ətrafda gəzən silahlı şəxslərin şüarlar səsləndirdiyi görülüb.

Xəbəri paylaş

VİDEOLAR