Suriyadan İsrailin Dəməşqə Hücumuna REAKSİYA

Suriyadan İsrailin Dəməşqə Hücumuna REAKSİYA

Suriya Xarici İşlər Nazirliyi sionist rejimin paytaxt Dəməşqə qarşı həyata keçirdiyi hava hücumuna reaksiya verib.

Az.rasthaber.org xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın xəbərinə görə, nazirlikdən verilən açıqlamada bu ifadələr yer alıb:

“Bu vəhşi hərəkət işğal altındakı Fələstin torpaqlarında dinc əhalini qətlə yetirən işğalçı rejim və onun rəhbərlərinin günahkar olduğunu sübut edir.

Bu qətl regional və beynəlxalq təhlükəsizliyi təhdid edir və eyni zamanda BMT Nizamnaməsinin prinsiplərini pozur.

Biz beynəlxalq ictimaiyyətdən sionist rejimin cinayət və qətllərini dayandırmaq üçün təcili tədbirlər görməsini və terrorçu İsrail rejiminin kütləvi qətl siyasətlərinə qarşı durmağı tələb edirik”.

Xəbəri paylaş

VİDEOLAR