ABŞ-ın Suriyadakı bazasına RAKET HÜCUMU

ABŞ-ın Suriyadakı bazasına RAKET HÜCUMU

Suriyanın şərqindəki Deyr əz-zor bölgəsində olan əl-ömər neft yatağı yaxınlığındakı ABŞ bazası ərazisində ən azı beş partlayış səsi eşidilib.

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, partlayışların raket hücumu nəticəsində baş verdiyi bildirilir.

Deyr əz-Zor bölgəsindəki mənbələr, "Partlayışlardan dərhal sonra bölgə üzərində çoxlu sayda Amerika pilotsuz təyyarəsinin uçduğunu gördük", - deyə bildiriblər.

Bazaya hücuma görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib, itkilər barədə isə hələlik məlumat verilmir.

Qeyd edək ki, ABŞ işğalçı qüvvələri Suriya kürd silahlıları ilə əməkdaşlıq edərək Suriyanın şimalındakı neft yataqlarının əksəriyyətinə nəzarət edir və son aylarda Suriyanın neft yataqlarına silah, hərbi texnika və logistika daşıyan yüzlərlə yük maşını yerləşdirib.

Digər tərəfdən, ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya qüvvələri Suriya neftini oğurlamağa və Suriya xalqını mühasirəyə almağa davam edərkən, Suriyanın şərqində də öz mövqelərini gücləndirir.

Xatırladaq ki, Kürd silahlı birləşmələri Suriyanın şərq və şimal-şərq bölgələrində ABŞ ordusunun tabeliyində fəaliyyət göstərir.

Suriya hökuməti isə, dəfələrlə bu silahlıların və Suriyanın şərq və şimal-şərqindəki amerikalıların nefti talamaqdan başqa məqsədləri olmadığını və onların qeyri-qanuni varlıqlarına son qoyacaqlarını vurğulayıb.

Kürd silahlı birləşmələri Suriyanın şərq və şimal-şərq bölgələrində ABŞ ordusunun tabeliyində fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR