Suriyadakı ABŞ bazasına raket hücumu edilib

Suriyadakı ABŞ bazasına raket hücumu edilib

Suriya xəbər mənbələri Suriyanın Deyr əz-Zor vilayətinin şimalındakı Koniko qaz yatağında ABŞ bazasına raket hücumu edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu mənbələrin açıqlamalarına görə, bu raket hücumu ABŞ-ın Koniko qaz yatağındakı bazasını hədəf alıb, ardınca isə çoxsaylı partlayışlar olub.

Digər tərəfdən, yerli qaynaqlar bildirib:

“Qeyri-qanuni ABŞ ordusunun bazasına raket hücumu nəticəsində Deyr əz-Zor əyalətinin şimalındakı Koniko qaz yatağının ətrafındakı kənd və qəsəbələrdə çoxlu partlayış səsləri eşidilib.".

Bu mənbələr bu gün səhər saatlarında işğalçı ABŞ-ın bu bazasına naməlum şəxslər tərəfindən 3 raket atıldığını və raketlərin onların hədəflərini vurduğunu bildirib.

Xəbər mənbələrinin açıqlamasına görə, bu partlayışların səsi eşidildikdən dərhal sonra işğalçı ABŞ qüvvələri və onların Suriya Demokratik Qüvvələri (SDQ) kimi tanınan silahlıları baza ətrafında hazırlaşıb.

Bundan əlavə, bu hücumdan sonra ABŞ-ın kəşfiyyat təyyarələri bazanın üzərində və ətrafında havaya qalxıb.

Xəbəri paylaş

VİDEOLAR