Suriyadakı ABŞ bazalarına raket hücumu edilib

Suriyadakı ABŞ bazalarına raket hücumu edilib

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft və Kuniko qaz yatağı və ətrafında raket hücumları həyata keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən “Al Mayadeen” kanalının verdiyi məlumata görə, ABŞ qüvvələrinin yerləşdiyi Deyr əz-Zorda “Ömər” neft və Kuniko qaz yataqlarına raket zərbələri endirilib.

Mənbələr Koniko bazasına 8 raket atıldığını, Əl-Cəzirə kanalı isə hücum nəticəsində ən azı bir ABŞ əsgərinin yaralandığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR