Terrorçuların Rusiyanın Hmeymim hava bazasına PUA ilə hücumu baş tutmayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriyadakı terrorçuların Rusiyanın Suriyadakı Hmeymim hava bazasına PUA ilə hücumu baş tutmayıb.
Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzi bu haqda məlumat yayıb.
Məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.
Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzin rəsmisi Yuriy Borenkov mətbuat konfransında bildirib ki, İdlibdəki terrorçular Rusiyanın Hmeymimdəki bazasına hücum etmək istəyərkən, ordunun hava müdafiə sistemi tərəfindən zərərsizləşdirilərək ələ keçirilib.
Yuriy Borenkov tərəfləri təxribatlardan əl çəkrək sülh yoluna girmə çağırışını edib.