Suriyanın Mənbic şəhərində PKK/YPG terror təşkilatı tərəfindən bomba yüklü avtomobillə hücum təşkil edilib.
Az.rasthaber.com xəbər verir ki, Hələb vilayətinin Mənbic şəhərinin Rabitə məhəlləsində minalanmış avtomobil partladılıb. İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb və ətrafda dağıntılar baş verib.
Bölgədə təhlükəsizlik tədbirləri həyəcan səviyyəsinə qaldırılıb və hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.