Suriyada silah-sursat anbarına hücum edilib

Suriyada silah-sursat anbarına hücum edilib

Suriyalı yerli mənbələr, naməlum döyüş təyyarələrinin Suriyanın şərqində iki bölgəyə hücum etdiyini və bu hücumda ilkin məlumatlara görə 5 nəfərin yaralandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələr bu səhər Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində güclü partlayış səslərinin eşidildiyini açıqlayıb.

Yerli və qeyri-rəsmi media mənbələri naməlum döyüş təyyarələrinin Deyr əz-Zorun şərqində müqavimət qruplarına aid hərbi obyektə hücum etdiyini bildirib.

Suriya rəsmi mediası tərəfindən hələlik təsdiqini tapmayan bu xəbərlərə görə, Deyr əz-Zor şəhərində bir sursat anbarı və hərbi baza hava zərbələri ilə hədəfə alınıb.

Hücumun baş verdiyi əraziyə təcili yardım və xilasetmə maşınları göndərilib və ilk təsbitlərə görə bu hücumda 5 nəfər yaralanıb.

Digər tərəfdən, bəzi mənbələr Suriyanın şərqindəki müqavimət mövqelərinə hücum edən döyüş təyyarələrinin sionist rejimə, bəzi mənbələr isə ABŞ-a aid olduğunu bildirib.

Xatırladaq ki, sionist rejimin döyüş təyyarələri çərşənbə günü səhər saatlarında Hələb beynəlxalq hava limanına hücum edib və Suriya Ordusunun hava hücumundan müdafiə qüvvələri düşmənin raketlərinə müqavimət göstərib.

Xəbəri paylaş

VİDEOLAR