Suriyada şiddətin qarşısını ala biləcək yeganə mexanizm Astana prosesidir

Suriyada şiddətin qarşısını ala biləcək yeganə mexanizm Astana prosesidir

İranın xarici işlər naziri deyib ki, Suriyada zorakılıqların şiddətini azalda, həmçinin terrorizmlə mübarizəyə və sabitliyə doğru gedə bilən yeganə mexanizm, Astana prosesidir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün bildirib ki, Astana prosesinin növbəti sammiti Tehranda keçiriləcək. Zərifin sözlərinə görə,  Astana prosesi uğurlu müzakirələrdir və bu iclas tez bir zamanda ən yüksək səviyyədə keçirilməlidir.

İranın xarici işlər naziri həmçinin Rusiyanın xarici işlər naziri ilə telefon söhbətində onunla son region olayları, cari şərait və Astana prosesi barədə məşvərət edib.

Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlıqları ilə 2017-ci ilin yanvarından Suriyada sülhün bərqərarı məqsədilə başlanıb.

Xəbəri paylaş

VİDEOLAR