Rusiyanın BMT-dəki nümayəndəsi bildirib ki, bu gün Suriyada sabitliyə mane olan səbəb, ABŞ-ın onun ərazisinin böyük bir hissəsini işğal etməsidir.
Az.rasthaber.com xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Təhlükəsizlik Şurasının iclasında Suriyanın terrorizmlə mübarizədə "əhəmiyyətli irəliləyiş" əldə etdiyini və Suriya ərazisinin böyük bir hissəsinin ABŞ tərəfindən işğal edilməsinin vəziyyətin sabitləşməsinə ən böyük maneə olduğunu bildirib.
Nebenzia Vaşinqtonu “Suriya xalqının təbii sərvətlərini və kənd təsərrüfatını talan etməyə” davam etməkdə ittiham edib. O, ABŞ-ın Suriya taxılının və neftinin qeyri-qanuni ticarətini genişləndirdiyini və xaricə qaçaqmalçılıq yolu ilə apardığını deyib.