Suriya Ordusunun müdaxiləsindən sonra radikal qruplaşmaların Hələb əyalətində əsir götürdüyü insanlardan beş nəfər azad edilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Hələb əyalətində sakinlərdən beş nəfər radikal qruplaşmaların əsarətindən azad edilib.
Əməliyyatın müvəffəqiyyətlə başa çatması üçün Qızıl Aypara və Qırmızı Xaç Cəmiyyətləri də yaxından iştirak ediblər.
Suriya KİV-ləri bildirir ki son zamanlarda əyalətdə olan radikal qruplaşmalar insanları girov götürmək və onları pul qarşılığında azad etməklə maliyyə mənbələrini bu və sair yollarla təmin etməyə çalışırlar.