Suriyanın Haseke vilayətində yerləşən Əl-Xol qaçqın düşərgəsində güclü yanğın baş verib.
Rasthaber xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi xəbər verib.
Məlumata əsasən, bir uşaq da daxil olmaqla ən azı dörd nəfər ölüb.
Rəsmi qurumların bildirdiklərinə görə, 18 nəfər orta dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya göndəriliblər.
İlkin məlumata görə, yanğına səbəb evlərin istiləşməsi üçün keyfiyyətsiz yanacaqdan istifadə olunmasıdır.