Rusiya Müdafiə Nazirliyi Suriyada Əl-Nusra Cəbhəsinin düşərgəsinin vurulduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiya Koordinasiya Mərkəzinin rəhbərinin müavini Oleq Eqorov bildirib.
Eqorov açıqlamasında deyib:
"Rusiya Aviasiya Qüvvələri İdlibin Xan Şeyxun və Saraqib qəsəbələrinin bombalanmasında iştirak edən “Nusra Cəbhəsi”nin düşərgəsini məhv edib".
SANA-nın məlumatına görə, bir qərargahla yanaşı, silah-sursat anbarı da məhv edilib.