Suriyada müqavimət qruplarının hücumları zamanı 23 Amerika hərbçisi yaralanıb

Suriyada müqavimət qruplarının hücumları zamanı 23 Amerika hərbçisi yaralanıb

ABŞ hərbi qüvvələrinin rəsmisi ötən ay Suriyadakı ABŞ hərbi bazalarına qarşı raket hücumları nəticəsində xəsarət alanların sayını açıqlayıb.


O, Amerikanın Səsi radiosuna müsahibəsində deyib: "İranın dəstəklədiyi silahlı qrupların (Müqavimət qrupları) son bir ayda Amerika əsgərlərinə qarşı (Suriyada) həyata keçirdiyi hücumlar nəticəsində 23 Amerika hərbçisi ağır beyin travması alıb."

Amerikanın Suriyada gizli olmayan 28 bazası var və bu bazaların çoxu Suriyanın neft və qazla zəngin bölgələrində yerləşir. Amerika Suriyanın neft ehtiyatlarını mümkün qədər asanlıqla talan etmək üçün bazaları bu yataqlara yaxın yerdə təsis edib.

Hər həftə Suriya neftinin ABŞ tərəfindən talan edilməsi və İraqa təhvil verilməsi ilə bağlı xəbərlər də dərc olunur.

Xəbəri paylaş

VİDEOLAR