Suriyada mina partlayıb, ölənlər var

Suriyada mina partlayıb, ölənlər var

Surayada terrorçuların vaxtilə basdırdığı minaların partlaması nəticəsində dörd nəfər ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, hadisə Həma əyalətinin Səhl-ğab bölgəsində baş verib.

Mülki şəxsləri daşıyan avtomobil əl-Huveyz kəndi ərazisində vaxtilə terrorçuların basdırdığı minalara düşüb.

Hadisə nəticəsində dörd mülki şəxs həyatını itirib.

Həmin əyalətin Sələmiyyə rayonunda da mina partlayıb və bir nəfər yaralanıb.

Qeyd edək ki, Suriya Ordusu 2018-2019 cu illərdə Həma əyalətinin böyük əksəriyyətini radikal terror birləşmələrindən geri alıb.

Xəbəri paylaş

VİDEOLAR