Suriyada Ələvi türbəsi dağıdıldı, xidmətçilər öldürüldü - VİDEO

Suriyada Ələvi türbəsi dağıdıldı, xidmətçilər öldürüldü - VİDEO

Hücum zamanı türbənin beş əməkdaşı öldürülüb, türbə talan edilib və yandırılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, HTŞ dünyaya “demokratik” mesajı verməsinə baxmayaraq Suriyada vəziyyət gərgindir.

HTŞ üzvləri və ona dəstək verən silahlı qruplar İŞİD terrorçuları kimi türbələrə hücum edir, ələvi və şiə olduqları üçün edam cəzaları tətbiq edirlər.

24 dekabrda Hələbin Meyselun bölgəsindəki Ələvilərə aid “Əbu Abdullah Hüseyn əl-Hasibi”nin türbəsi silahlı bir qrup tərəfindən hücuma məruz qalıb.

Hücum zamanı türbənin beş əməkdaşı öldürülüb, türbə talan edilib və yandırılıb.

Bu hadisədən sonra bölgə sakinləri arasında böyük narazılıq yaranıb. Xalq, HTŞ rejiminin rəhbəri Əbu Məhəmməd əl-Colanidən hücum edənlərin və türbə əməkdaşlarını qətlə yetirənlərin məhkəmə qarşısına çıxarılmasını tələb edib. Hadisəni etiraz etmək məqsədilə nümayişlərə çağırış edilib.

Xəbəri paylaş

VİDEOLAR