Suriyada ələ keçirilən İŞİD üzvlərindən 50-si İraqa təhvil verilib

Suriyada ələ keçirilən İŞİD üzvlərindən 50-si İraqa təhvil verilib

İraq Suriya tərəfindən 50 İŞİD üzvünü təhvil aldığını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Ordusu mənbələri məlumat yayıb.

Bildirilib ki, Suriyada ələ keçirilən İraq vətəndaşı olan İŞİD-çilərdən 50-si təhvil alınıb.

Ordunun bəyanatında deyilir: "Birgə Əməliyyatlar Komandanlığı koordinasiya və əməkdaşlıq yolu ilə Suriya ərazisində həbs edildikdən sonra İraq vətəndaşlığına malik olan İŞİD üzvlərindən 50 terrorçunu təhvil alıb. Bu terrorçuların qəbulu prosesi Suriya tərəfinin Rabia sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilib və Daxili İşlər Nazirliyinin Federal Kəşfiyyat və Təhqiqat İdarəsi onlara qarşı lazımi prosedurları tamamlamaq məqsədilə işə başlayıb.

Bəyanatda əlavə edilir: “Birgə Əməliyyatlar Komandanlığının ölkə daxilində və xaricdə məğlub olmuş terrorçu ünsürləri ədalətli şəkildə cəzalandırana qədər onları təqib etməyə davam edəcək.”

Xəbəri paylaş

VİDEOLAR