Suriyada İsrailin hücumlarını pisləyən mitinq keçirilib

Suriyada İsrailin hücumlarını pisləyən mitinq keçirilib

Suriyanın Suveyda şəhərində sionist İsrailin bu ölkəyə qarşı davam edən hücumlarını pisləyən mitinq keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Suveyda şəhərində İsrailin Suriyaya davam edən hücumlarını pisləmək üçün mitinq keçirilib.

Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, işğalçı qüvvələr gecə saat 00:22-də işğal altındakı Qolan təpələrindən Dəməşqə və Dəməşqin kənd yerlərində mülki əhalinin yaşadığı məhəllələrə raket hücumları həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR