Sionist İsrail rejiminin paytaxt Dəməşqin cənubuna atdığı bəzi raketlər Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın SANA dövlət agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, hücum saat 04:20 radələrində baş verib.
Sionist İsrailin işğalı altında olan Colan təpələrindən atılan raketlərlə həyata keçirildiyi bildirilən hücumda Suriyanın hava hücumundan müdafiə sistemlərinin əksər raketləri vurduğu bildirilib.
Bu hücumun bir mülki şəxsin yaralanması və bəzi maddi itkilərlə nəticələndiyi bildirilib.