Türkiyə Daxili İşlər Nazirliyi Suriyanın şimalındakı Əl Bab bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirildiyini və 9 terrorçunun həbs edildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın şimalında Əl Babda 4-ü sözdə idarəçi olmaqla 9 İŞİD terrorçusu yaxalanıb.
Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatına görə, Suriyada İŞİD-in sözdə fəaliyyət bölmələri tərəfindən təşkilat üzvlərinə kamikadze hücumu, təxribat, hücum, əl istehsalı partlayıcılar (EYP), sui-qəsd və kəşfiyyat təlimləri verildiyi, son zamanlar terrorçuların Əl Bab və Türkiyəyə qarşı əməliyyat axtarışında olduğu müəyyən edilib.
Bu çərçivədə dünən Suriyanın Əl Bab bölgəsində həyata keçirilən əməliyyatlarda təşkilatın sui-qəsd/edam zabiti, və eyni zamanda Suriya/Dəməşq/Mədəva bölgəsindəki qondarma “Sər-i Əmir” təşkilatının “Əbu Muşap” kod adlı köməkçisi də daxil olmaqla 9 terrorçu, həmçinin 2 maddi-texniki təchizat məmuru və maliyyə məsələləri üzrə məsul şəxs saxlanılıb.
Sövq edildikləri yerli məhkəmə tərəfindən həbs edilən terrorçuların iqamətgahlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.