Suriyada hərbi məktəbə PUA ilə hücum zamanı ölənlərin sayı 89-a çatıb

Suriyada hərbi məktəbə PUA ilə hücum zamanı ölənlərin sayı 89-a çatıb

Suriyanın Xüms şəhərindəki hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

 Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda 277 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl nazirlik ölənlərin 81, yaralananların isə 240 nəfər olması barədə məlumat yaymışdı.

Xəbəri paylaş

VİDEOLAR